Bank Of Baku

Azərbaycan qaz yataqlarında kəşfiyyat işlərini genişləndirir

Azərbaycan qaz yataqlarında kəşfiyyat işlərini genişləndirir
# 03 iyun 2011 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda qazlaşdırmanın səviyyəsi artıq 95%-ə çatıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Azərbaycanda yeni açılan qaz yatağı olan «Ümid» strukturu ilə bağlı danışan V.Bəylərbəyov bildirib ki, bu il burada ikinci kəşfiyyat quyusunun qazması planlaşdırılır. Daha sonra digər qaz yatağında - «Babək»də kəşfiyyat quyusu qazılacaq.

ARDNŞ rəsmisi bildirilib ki, «Ümid»də birinci kəşfiyyat quyusunun qazılması nəticəsində yataqda 50 mln. ton kondensat ehtiyatı aşkarlanıb. Proqnozlara görə, ikinci quyu və «Babək»də də analoji ehtiyatların aşkarlanacağı gözlənilir.

Xatırladaq ki, ARDNŞ son 19 ildə ilk dəfə olaraq xarici tərəfdaşların iştirakı olmadan keçən ilin sonunda «Ümid» yatağında uğurlu kəşfiyyat işləri aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR