Bank Of Baku

Azərbaycan bu il metanol istehsalına başlayacaq

Azərbaycan bu il metanol istehsalına başlayacaq
# 03 iyun 2011 13:53 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ABB zavodun tikintisində yaxından iştirak edir və müəyyən həcmdə vəsait ayırıb: «Burada təkcə neft sahəsinin inkişafından deyil, neft-kimya sənayesinin inkişafından söhbət gedir».

Xatırladaq ki, 2009-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və «Azerbaijan Methanol Company» MMC (AzMeCo) arasında 120 mln. ABŞ dolları həcmində kredit sazişi və Qaradağ rayonunda 25 ha ərazidə metanol zavodu və aralıq qazları istehsal edən əlavə 5 zavodun (xəttin) inşasına dair niyyət müqaviləsi imzalanıb. Layihə çərçivəsində şirkətin tikməyi planlaşdırdığı 6 zavodun ümumi layihə dəyəri 1,1 mlrd. dollar təşkil edəcək. Vəsaitin 33%-ni AYİB, qalanını isə digər banklar ayıracaq.

Birinci mərhələdə inşa olunacaq metanol zavodunun inşası layihəsinin ümumi dəyəri 300 mln. dollardır. Digər zavodlara gəlincə, ikinci 400 mln. dollar, üçüncü 250 mln. dollar, dördüncü 30 mln. dollar, beşinci 100 mln. dollar, altıncı zavod isə 30 mln. dollara başa gələcək.

Qeyd edək ki, AzMeCo şirkəti təbii qazın emalı yolu ilə illik istehsal gücü 720 min ton, gündəlik gücü 600 tona qədər ammoniak, 1 150 tonadək karbomid istehsal edən zavodun tikintisi və istismarının operatorudur. Metanol zavodu sonrakı mərhələlərdə 450 tonadək sirkə turşusu, 500 tonadək dimetil efir, 80 tonadək formaldehid, 40 tonadək melmin istehsal edəcək. Layihəni AYİB-lə yanaşı Azərbaycan Beynəlxalq Bankı, EDC (Kanada) və Qara Dəniz Ticarət və İnkişaf Bankı maliyyələşdirir.

AYİB krediti iki tranşla ayıracaq. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR