Bank Of Baku

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayan şirkət payızadək müəyyənləşəcək

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayan şirkət payızadək müəyyənləşəcək
# 03 iyun 2011 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayan şirkətin seçilməsi üzrə tender sənədləri iyun ayı ərzində hazır olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, iyul ayında tenderə rəsmi dəvət dərc olunacaq və avqustun sonuna kimi TİƏ-nin tərtibatçısı seçiləcək. Əsaslandırmanın hazırlanması üçün ən azı 6 ay tələb olunduğuna görə, konkret nəticələr 2012-ci ilin fevral-mart aylarında əldə olunacaq.

Qeyd edək ki, AGRI layihəsi Azərbaycan qazının Gürcüstana nəqlini, orada onun xüsusi terminalda sıxılmasını və Rumıniyanın Konstansa limanındakı terminalına tankerlərlə daşınmasını nəzərdə tutur. Buradan isə qaz artıq mövcud infrastruktur vasitəsi ilə digər Avropa ölkələrinə nəql ediləcək. İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR