Bank Of Baku

ARDNŞ: Azərbaycan Avrasiya Enerji Dəhlizinin perspektivlərini müsbət qiymətləndirir

ARDNŞ: Azərbaycan Avrasiya Enerji Dəhlizinin perspektivlərini müsbət qiymətləndirir
# 03 iyun 2011 15:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, Avrasiya Enerji Dəhlizinin ayrılmaz biri hissəsi Odessa-Brodı kəməridir: «Lakin hər şey bu kəmərlə başlayıb və bitmir. Hər şey Bakıdan başlayır, daha sonra isə nəqletmə marşrutlarında diversifikasiya baş verir. Belə ki, daha sonra dəhlizi Gürcüstan, Rusiya və Ukrayna kimi uzatmaq olar. Məhz bundan sonra Odessa-Brodı kəməri başlayır. Ona görə biz dəhlizin elementlərinin artıq işlədiyini deyirik. Belə ki, neft artıq Ukrayna və Belarus ərazisinə çatdırılır. Bundan sonra müvafiq müqavilələr bağlanarsa Çexiya, Macarıstan və Slovakiya ərazisinə də çatdırıla bilər».

V.Bəylərbəyov onu da bildirib ki, Avrasiya Enerji Dəhlizi bununla da qurtarmır: «İdealda dəhliz Polşa ərazisi ilə davam etdirilir və bu ölkənin mövcud sisteminə (Plotsk-Qdansk) qoşulur. Burada 370-500 km uzunluğunda kəmər tikilməlidir. Sonra biz elə sistemə qoşuluruq, hansı ki öz növbəsində Avropanın vahid boru kəməri sistemi ilə birləşir. Bu kəmər Polşadan Almaniya, İsveç və digər ölkələrlə birləşir ki, nəticədə Azərbaycan nefti bu uzaq bazarlara çatdırıla bilər. Hazırda bu region Şimal dənizindən təchiz olunur. Orada isə neft hasilatı getdikcə azalır. Bir çox neft emalı zavodları bu dəniz üçün inşa olunub. Buna görə gələcəkdə Avrasiya Enerji Dəhlizi iqtisadi baxımdan əlverişli hesab oluna bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR