Bank Of Baku

Azərbaycan ixrac etdiyi neft məhsullarının keyfiyyətini artırmağa hazırlaşır

Azərbaycan ixrac etdiyi neft məhsullarının keyfiyyətini artırmağa hazırlaşır
# 04 iyun 2011 07:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan neft məhsulları ixrac etdiyi ölkələrin coğrafiyasını genişləndirmək niyyətində deyil. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan neft məhsullarını qonşu ölkələrlə yanaşı Aralıq və Qara dənizləri regionuna ixrac edir: «Neft məhsullarının ixracı üzrə coğrafiya kifayət qədər genişdir və hazırda bunu bir qədər də genişləndirmək niyyətində deyilik. Buna baxmayaraq, artıq neft məhsullarını ixrac etdiyimiz ölkələrə məhsulların həcmini artırmağa planlaşdırırıq. İlkin olaraq məhsulun keyfiyyətini artırmalıyıq ki, hazırda bu istiqamətdə iş aparılır. Daha yüksək standartlara keçəndən sonra isə məhsullarımızı hazırda standartları bizdən yüksək olan digər ölkələr də almaqda maraqlı olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR