Bank Of Baku

Azərbaycan mis ixracını artırır

Azərbaycan mis ixracını artırır
# 04 iyun 2011 07:56 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «Anglo-Asian Mining» şirkətinin baş icraçı direktoru, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri bildirib.

Onun sözlərinə görə, indiyədək çıxarılan misin bir hissəsi ixrac edilib. Digər hissəsi isə ixraca hazırlanır: «Biz bu misi Cənubi Koreyaya ixrac edirik». R.Vəziri bildirib ki, misin müəyyən nəmliyi olduğuna görə, o dünya bazarında bir qədər aşağı qiymətə satılır. Hazırda yeni quraşdırılan texnologiya sayəsində misin rütubəti azaldılacaq. Hazırda misin satışı ilə bağlı bir neçə əlavə potensial alıcı ilə də danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycan tərəfi misdən ona düşən payı qızıl şəklində götürməyə üstünlük verir: «Dövlətlə əldə etdiyimiz razılığa görə, müqaviləyə əsasən, misin dövlətə çatan payının əvəzinə ona həmin məbləğdə qızıl verəcəyik. Hökumət qızılı ehtiyat kimi saxlamaq istəyir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR