Bank Of Baku

Türkmənistan Bakı-Ceyhan kəməri ilə gündə 50 min barel neft ixrac edir

Türkmənistan Bakı-Ceyhan kəməri ilə gündə 50 min barel neft ixrac edir
# 04 iyun 2011 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkmənistan hər gün Bakı-Tiflis-Ceyhan (BTC) əsas neft boru ixrac kəməri vasitəsilə 50 min barel neft ixrac edir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

«Türkmənistan tərəfi xam neftini əsasən BTC vasitəsi ilə, qalan hissəsini isə dəmir yolu ilə nəql edir. Onların nefti Qara dəniz limanlarına, oradan isə tankerlər vasitəsilə müxtəlif bazarlara çıxarılır», - deyə V.Bəylərbəyov qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 796,8 min ton tranzit Türkmənistan nefti nəql edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR