Bank Of Baku

Almaniya 2023-cü ilədək atom enerjisindən imtina edəcək

Almaniya 2023-cü ilədək atom enerjisindən imtina edəcək
# 06 iyun 2011 14:15 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya hökumətinin bu gün keçirilən fövqəladə iclasında 2023-cü ilədək ölkədə atom enerjisindən imtina etmək barədə qərar qəbul olunub.

APA-Economics”in “Welt”ə istinadən xəbərinə görə, qərara uyğun olaraq bu ilin martında Yaponiyanın “Fukusima-1” AES-ində baş verən qəzadan sonra fəaliyyəti müvəqqəti dayandırılan 7 köhnə AES, eləcə də təmirdə olan “Kryummel” AES daha işə salınmayacaq.

Bundan başqa, köhnə AES-lərdən biri 2013-cü ilədək işlək vəziyyətdə saxlanacaq ki, qış aylarında baş verə biləcək elektrik çatışmazlığını aradan qaldırmaq mümkün olsun. Ölkədə fəaliyyət göstərən 17 AES-dən 9-nun fəaliyyəti 2023-cü ilədək tədricən dayandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR