Bank Of Baku

Praqada Xəzər-Avropa İnvestisiya Forumu keçiriləcək

Praqada Xəzər-Avropa İnvestisiya Forumu keçiriləcək
# 07 iyun 2011 08:00 (UTC +04:00)
Bakı - APA-Economics. Gələn ilin aprel ayında Praqada “Caspian-European Investment Forum” və “Caspian Energy Integration Award - 2012” beynəlxalq mükafatının 8-ci təqdimat mərasimi keçiriləcək.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEIBC) “APA-Economics”ə verilən məlumata görə, klub rəhbərliyi “Caspian-European Energy Forum” və “Caspian-European Business Forum” tədbirlərinin vahid investisiya forumunda - “Caspian-European Investment Forum” (Xəzər-Avropa İnvestisiya Forumu) adı altında birləşdirilməsinə qərar verib.

“Caspian-European Investment Forum”a dövlət və hökumət başçıları, eləcə də Avropanın, Xəzər, Qara dəniz və baltik regionlarının transmilli, dövlət və özəl şirkətlərinin top-menecerləri dəvət olunublar.

Forum iqtisadiyyatın bir neçə sahəsini - neft-qaz, qeyri-neft, bərpa olunan enerji və innovasiya texnologiyalarını əhatə edəcək. İki gün davam edəcək tədbirin təşkilatçısı CEIBC-dir. Forumun ilk günündə dövlət və hökumət başçılarının rəsmi görüşləri keçiriləcək, ikinci gün isə dövlət və transmilli enerji şirkətlərinin top-menecerləri məruzələrlə çıxış edəcəklər.

“Caspian-European Investment Forum”un açılış gecəsində “Caspian Energy Integration Award - 2012” beynəlxalq mükafatının 8-ci təqdimat mərasimi keçiriləcək.

Forum barədə daha ətraflı məlumatla www.caspenergy.com, www.cibcgroup.com və www.ceibcgroup.com saytlarında tanış olmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR