Prezident İlham Əliyev: “Azərbaycanın qaz ehtiyatları bizə və istehlakçılara ən azı 100 il kifayət edəcək”
“APA-Economics”in xəbərinə görə, dövlət başçısı Azərbaycanın neft-qaz sektoruna dünyanın marağının getdikcə artdığını bildirib.
Onun sözlərinə görə, sənaye üsulu ilə neft dünyada ilk dəfə olaraq Azərbaycanda hasil edilib: “Neft və qaz hasilatında bizim böyük ənənələrimiz var. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında Bakı neftinin böyük payı olub”.
Prezident qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşib: “O zaman hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün bir sıra addımlar atdı ki, onlardan da biri “Əsrin müqaviləsi”nin imzalanması idi. “Əsrin müqaviləsi” ilə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizinə xarici investisiyaları cəlb etdi”. 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 97 mlrd. dollar investisiya qoyulduğunu vurğulayan prezident İlham Əliyev bunun 42 mlrd. dollarının neft sektoruna yatırıldığını söyləyib: “Bu gün Azərbaycan bölgənin enerji təhlükəsizliyində yaxından iştirak edir. “Əsrin müqaviləsi” tarixi hadisə idi. Bizim xarici şirkətlərlə birinci əməkdaşlığımız çox uğurlu alındı. 1994-cü ildən indiyədək xarici şirkətlərlə heç bir ciddi problemimiz olmayıb. İnvestorlar tam əmindirlər ki, onların investisiyaları dövlət tərəfindən qorunur”.
“Əsrin müqaviləsi”ndən sonra neftin xarici bazarlara çıxarılması istiqamətində də işlər aparıldığını deyən ölkə başçısı Azərbaycan neftinin hazırda 3 istiqamətdən bazarlara çıxarıldığını və şaxələndirmənin təmin edildiyini bildirib. Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində ölkə iqtisadiyyatına böyük həcmdə vəsaitin daxil olmağa başladığını söyləyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərin səmərəli istifadəsini təmin etmək məqsədilə Dövlət Neft Fondunu (ARDNF) yaradıb və bu gün ARDNF dünya səviyyəsində ən şəffaf qurumlardan sayılır. Son 7 ildə neftdən gələn gəlirlərin ölkə iqtisadiyyatına yatırılması nəticəsində Azərbaycanda yoxsulluq həddinin 49%-dən 9%-ə endiyini bildirən dövlət başçısının fikrincə, əgər ARDNF olmasaydı, buna nail olmaq mümkün olmazdı.
Prezident İlham Əliyev bəyan edib ki, əldə olunan nailiyyətlər Azərbaycan üçün yeni mərhələdir: “İndi Azərbaycan dünyada təkcə neft deyil, həm də qaz ölkəsi kimi tanınmağa başlayıb. Vaxtilə “Şahdəniz” yatağının kəşfi diqqəti cəlb etməmişdi, amma indi dünyada bu yatağa böyük maraq var. Azərbaycan qaz dəhlizlərinin də şaxələndirilməsinin tərəfdarıdır və bu sahədə işləyir. Bu gün Azərbaycan qazı 4 istiqamətdən dünya bazarına çıxarılır. Artıq Azərbaycanın əsas ixrac neft-qaz kəmərlərinin sayı 7-yə çatır. Bizə qanunlarla tənzimlənən böyük bazarlar lazımdır. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,2 trln. kubmetrə qədərdir. Bu, ən azı 100 il bizə və istehlakçılara kifayət edəcək. Proqnozlarımız isə daha çoxdur. Biz Avropa İttifaqı ilə “Qaz Bəyannaməsi”ni imzaladıq və hazırda digər sənədlərin üzərində işlər gedir. Ümid edirik ki, yaxın vaxtlarda bütün sənədlər hazır olacaq və bu, “Şahdəniz-2” layihəsinin icrasına mühüm təsir edəcək”.
“Cənub qaz dəhlizi”nin perspektivinə inandığını deyən prezident hazırda Azərbaycanla Türkiyə arasında qaz tranziti ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb: “Artıq müzakirələr son mərhələdədir və yaxın vaxtlarda Türkiyə ilə tranzit sazişin imzalanması nəzərdə tutulur. Bizim “Şahdəniz”dən başqa da böyük qaz ehtiyatlarımız, o cümlədən “Ümid” yatağı var. Bu yataq ARDNŞ tərəfindən aşkarlanıb. ARDNŞ “Ümid” yatağında həm sərmayəçi, həm də operatordur. Ümid edirəm ki, növbəti mərhələlərdə də qaz yataqlarının kəşfiyyatı davam etdiriləcək”.
Dövlət başçısı Azərbaycanın tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi məsələsində üzərinə düşdüyü bütün vəzifələri yerinə yetirdiyini vurğulayıb: “Azərbaycan bu gün özünü enerji ilə tam təmin edir. Ölkənin valyuta ehtiyatları 35 mlrd. dollardır. Son 7 ildə ÜDM 3 dəfədən çox artıb”.
Xəbər Lenti
AP 2027-ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır
Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib