Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Əsrin Kontraktı»ndakı payını artırmaq üçün kənardan vəsait cəlb edəcək

Azərbaycan Dövlət Neft Şirkəti «Əsrin Kontraktı»ndakı payını artırmaq üçün kənardan vəsait cəlb edəcək
# 07 iyun 2011 09:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in maliyyə məsələləri üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: «Gəlb olunan vəsaitlər layihənin rentabelliyi hesabına tez bir zamanda özünü doğruldacaq».

S.Qasımov qeyd edib ki, hazırda ARDNŞ-in «Devon Energy» şirkətinin «Azəri-Çıraq-Günəşli» layihəsindəki payının yarısını alması ilə bağlı işlər yekunlaşma mərhələsindədir. Sonradan iştirak paylarının dəyişməsi məsələsi Azərbaycan parlamenti tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, ARDNŞ «Əsrin Kontraktı»nda «Devon» şirkətinin BP-yə satdığı 3,2%-lik payının yarısını, yəni 1,6%-i almağa hazırlaşır.

Bu yaxınlarda, ARDNŞ prezident Rövnəq Abdullayev Şirkətin bundan sonra da ölkədə icra olunan beynəlxaq neft-qaz kontraktlarında mövcud iştirak payını artırmağa çalışacağını bildirib: «Bundan sonra da kim payını satısa çıxararsa, alacağıq».

Xatırladaq ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon Energy» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR