Bank Of Baku

Aleksandr Xetaquri: «AGRI layihəsi «Nabucco»dan daha tez reallaşa bilər»

Aleksandr Xetaquri: «AGRI layihəsi «Nabucco»dan daha tez reallaşa bilər»
# 07 iyun 2011 10:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstanın energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquri bildirib.

Qeyd edək ki, hazırda AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayan şirkətin seçilməsi üçün tenderin hazırlıqları gedir və gələn ay ərzində tender elan olunacaq. Tenderin qalibi seçiləndən sonra layihə növbəti mərhələyə keçəcək. A.Xetaqurinin sözlərinə görə, bu mərhələ çərçivəsində investisiyaların cəlb edilməsi prosesinə start veriləcək.

AGRI layihəsi Azərbaycan qazının Gürcüstana nəqlini, orada onun xüsusi terminalda sıxılmasını və Rumıniyanın Konstansa limanındakı terminala tankerlərlə daşınmasını nəzərdə tutur. Buradan isə qaz artıq mövcud olan infrastruktur vasitəsi ilə digər Avropa ölkələrinə nəql ediləcək. İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR