Bank Of Baku

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən elektrik xəttin tikintisi tezliklə başlanacaq

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən elektrik xəttin tikintisi tezliklə başlanacaq
# 07 iyun 2011 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan, Gürcüstan və Türkiyə arasında enerji körpüsünün tikintisi layihəsi çərçivəsində işlər fəal gedir və 2012-ci ilin may ayında Gürcüstan hissəsi tam hazır olacaq. «APA-Economics»in məlumatına görə, bunu Gürcüstanın energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquri bildirib.

Onun sözlərinə görə, Azərbaycanda isə hazırda layihələndirmə işləri aparılır və yaxın gələcəkdə tikintiyə başlanacaq.

Qeyd edək ki, hazırda Azərbaycan və Gürcüstanı 330 kV-luq elektrik enerjisi xətti birləşdirir. Yeni layihəyə çərçivəsində 500 kV-luq xəttin quraşdırılması nəzərdə tutulur. Hazırda Gürcüstan Türkiyəyə elektrik enerjisi ixrac edir və son illər ərzində bu həcm 10 dəfə artıb. Lakin ölkənin su resursları bunu daha da artırmağa imkan verir. Layihə çərçivəsində Gürcüstandan Türkiyəyə yeni elektrik ötürücü xəttinin çəkilməsi nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR