Bank Of Baku

Bakıda mədən sənayesində şəffaflıq mövzusunda seminar keçirilib - FOTO

Bakıda mədən sənayesində şəffaflıq mövzusunda seminar keçirilib - <font color=red>FOTO</font>
# 07 iyun 2011 14:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, seminarda Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyəti, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirləri, yerli və xarici mədən hasilatı şirkətləri və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ş.Mövsümov Azərbaycanın MHŞT-a qoşulandan sonra bu sahədə əldə etdiyi uğurlardan, ölkə hökuməti tərəfindən neft sənayesində şəffaflığın təmin edilməsi və artırılmasından danışıb.

Norveç Krallığının Vəliəhdi Hookon isə bu sahədə şəffaflığın çox vacib olduğunu, təcrübə mübadiləsinin zərurətini vurğulayaraq ümid etdiyini bildirib ki, seminar iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.

Tədbirdə iştirak edən Norveçin energetika naziri Ola Borten Moe isə bildirib ki, Azərbaycan MHŞT-a bu yaxınlarda qoşulmasına baxmayaraq, böyük nailiyyətlərə əldə edib və bu Təşəbbüsə qoşulan dövlətlər sırasında aparıcı mövqeyə malikdir. O, bildirib ki, Azərbaycanda mədən hasilatında şəffaflığa dair artıq 14 hesabat hazırlanıb. Ümumilikdə şəffaflığın vacibliyini vurğulayan nazir bəyan edib ki, iqtisadiyyatın inkişafı ilə yanaşı bu, korrupsiya ilə mübarizənin aparılması və qarşısının alınmasında mühüm rol oynayır.

Seminarda MHŞT-nin əhəmiyyəti, Azərbaycan və Norveçdə tətbiqi, hər iki ölkənin bu sahədə təcrübəsi və əldə etdiyi nailiyyətlər barədə çıxışlar dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, seminarda iştirak edən QHT nümayəndələri tərəfindən şəffaflıq təşəbbüsünə təkcə hökumət səviyyəsində deyil, həm də bu sahədə fəaliyyət göstərən şirkətlərin fərdi qaydada qoşulmasının vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR