Prezidenti İlham Əliyev: “Valyuta ehtiyatlarımız artır və hazırda onun səviyyəsi təqribən 35 milyard dollara çatıb”
Prezident bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində Azərbaycan nəinki yeni bazara çıxa bilib və dəhlizi açıb, eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə başlayıb. “Biz bu vəsaitdən çox səmərəli şəkildə istifadə etdik. 1999-cu ilin sonunda Azərbaycanda yaradılmış Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir. Fondun fəaliyyəti beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Neft Fondu tam şəffaf bir qurumdur. Bu, bizə imkan verdi ki, əldə olunmuş gəlirlərdən səmərəli və ədalətli istifadə edək. Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və müasir qurum olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Bu, onu göstərir ki, Azərbaycana gələn vəsait ədalətli bölünür, vəsaitin toplanması və xərclənməsi çox şəffaf şəkildə həyata keçirilir. Eyni zamanda, bu, Azərbaycanın dünyadakı imicinə də çox müsbət təsir göstərir”.
İlham Əliyev deyib ki, müəyyən mərhələdə, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından sonra belə bir fikir oyana bilərdi ki, artıq qarşıda duran bütün vəzifələr icra edilib. Bundan sonra ancaq əldə edilmiş gəlirlərin idarə edilməsi ilə məşğul olunmalıdır. “Beləliklə Azərbaycan şaxələndirmə siyasətini reallaşdıra bilib və biz artıq, necə deyərlər, əldə edilmiş uğurlarla kifayətlənə bilərik. Ancaq bizim yanaşmamız tam fərqlidir, nəinki bu sahədə, bütün başqa sahələrdə də. Əldə edilmiş nailiyyətlər bizim üçün bir mərhələdir, bir addımdır, bir pillədir. Biz daim gələcəyə baxırıq və ölkəmizin uğurlu və dayanıqlı inkişafı üçün uzunmüddətli proqram çərçivəsində addımlarımızı planlaşdırırıq”.
Onun sözlərinə görə, qarşıda duran ikinci vacib məsələ ondan ibarət idi ki, Azərbaycanı dünyada nəinki neft dövləti kimi, qaz dövləti kimi də tanınsın. Xüsusilə nəzərə alınsa ki, o vaxta qədər 1996-cı ildə imzalanan “Şahdəniz” qaz yatağı üzrə kontrakt icra edilməyə başlanılıb və Azərbaycanda çox böyük qaz yataqları aşkarlanıb.
“Deyə bilərəm ki, “Şahdəniz” qaz yatağının kəşfi o dövrdə o qədər də böyük diqqət cəlb etməmişdi. Çünki o vaxt dünyada, xüsusi ilə Avropada qaz amilinə o qədər də böyük diqqət göstərilmirdi. Ondan sonrakı dövrdə - bir neçə il bundan əvvəl qaz amilinin ölkələrin enerji təhlükəsizliyinə nə qədər təsir edən məsələ olduğunu hamımız daha da yaxşı başa düşdük. Ancaq Azərbaycan öz tərəfindən bütün lazımi tədbirləri görülüb və “Şahdəniz” qaz yatağının aşkarlanması deyə bilərəm ki, dünya enerji bazarında çox təsirli bir hadisə olmuşdur. Biz hazırda enerji siyasətimizi daha çox qaz amili üzərində qururuq. Çünki neft sahəsində, dediyim kimi, bütün layihələr icra edilib. Bundan sonra biz yalnız hasilatı sabit saxlamaqla öz siyasətimizi davam etdirəcəyik”.
Prezident bildirib ki, qaz bazarı istiqamətində çalışmalarımız çox məqsədyönlü xarakter daşıyır. Yaradılmış, şaxələndirilmiş ixrac infrastrukturumuz bu gün həm Azərbaycanın maraqlarına xidmət edir, həm də qonşu bazarlara da dəstəkdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. “Yəni, biz artıq mövcud dəhliz üzərindən qaz kəmərini də çəkdik və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün böyük bir amildir, regional və qitə miqyasında ciddi bir amildir. Ondan sonra əvvəlki dövrdə mövcud olan qaz kəməri infrastrukturu təmir edildi. Bu gün Azərbaycan qazı dörd istiqamətdə dünya bazarlarına çıxarılır. Biz qonşu dövlətlərə qazı ixrac edirik və artıq neft-qaz kəmərlərimizin sayı yeddiyə çatıb”.
O qeyd edib ki, zəngin qaz yataqlarımızdan səmərəli şəkildə istifadə etmək üçün bizə böyük, etibarlı bazarlar lazımdı. O bazarlar ki, qanunlarla tənzimlənir, o bazarlar ki, bizim qazımıza orada ehtiyac var. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. “Bir neçə ildir ki, biz “Cənub” qaz dəhlizi ilə əlaqədar çox fəal siyasət aparırıq. Bir neçə ildir ki, həm ciddi müzakirələr aparılır, eyni zamanda, konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanmıb. Bu, birinci addım idi. Bu, daha çox hər iki tərəfin niyyətini ifadə edirdi. Ondan sonrakı dövrdə müxtəlif beynəlxalq forumlarda Azərbaycan öz qaz resurslarını təqdim edə bilmişdir. Bu gün bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrə bərabərdir”.
Ilham Əliyev xatırladıb ki, bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında yeni vacib sənəd - “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalanıb. “Bu bəyannamə sadəcə olaraq niyyətin ifadəsi deyildir. Bu, konkret sənəddir. Biz bu sənəd üzərində işləyirik. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrupu yaradılmışdır. Bu işçi qrupu çox səmərəli işləyir. Ümid edirəm ki, bütün lazımi sənədlər yaxın zamanlarda imzalanacaqdır. Beləliklə, “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işlənməsi üçün bizdə əsas olacaq”.
Dövlət başçısı vurğulayıb ki, qarşıda duran bütün vəzifələr icra ediləcək. Bizim keçmişimiz, tariximiz, əldə edilmiş təcrübə və siyasi iradə onu göstərir ki, biz daha da çətin vəziyyətdə daha da mürəkkəb layihələri uğurla icra edə bilmişik. O hesab edir ki, “Cənub” qaz dəhlizinin gələcəyi çox gözəl olacaq.
Prezident qeyd edib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında tranzit məsələlərinin həlli üçün danışıqlar aparılır. Bu danışıqlar son mərhələdədir. Düz bir il bundan əvvəl – keçən ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında qaz tranziti haqqında protokol imzalanıb. O protokolda bütün lazımi məsələlər öz əksini tapıb. “Sadəcə olaraq, biz ümid edirik ki, yaxın zamanlarda o protokolda göstərilən və sadalanan maddələr son sənədə çevriləcək. Beləliklə, tranzit sazişinin imzalanmasından sonra artıq böyük Azərbaycan qazı üçün bütün maneələr aradan qaldırılacaq”.
Keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində bir neçə vacib hadisə baş verdiyin bildirən prezident deyib: “Mən onlardan ikisini xüsusilə vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi, yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında imzalanmış Bəyannamə, ikincisi isə, Azərbaycan neftçiləri tərəfindən kəşf edilmiş böyük “Ümid” qaz yatağıdır. Bu, birinci növbədə onu göstərir ki, bizim “Şahdəniz”dən başqa da böyük ehtiyatlarımız var. Neftçilərimiz və geoloqlarımız həmişə bunu vurğulayırlar. İkinci tərəfdən, “Ümid” yatağının önəmi ondadır ki, bu yataq Azərbaycan neftçiləri, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmıb. Neftçilərimizin müasir təcrübəsi və xarici şirkətlərlə əməkdaşlıq nəticəsində əldə edilmiş təcrübə artıq konkret nəticələr vermişdir. Azərbaycan Dövlət Neft Şirkəti “Ümid” yatağında həm investordur, həm də operatordur. “Ümid” yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz var. Biz buna əminik. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcək”.
Prezident bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrupu yaradılıb. Bu qrupda potensial investorlar, istehlakçılar və istehsalçılar birgə çalışırlar.
“Beləliklə, bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edərkən tam əminliklə deyə bilərik ki, neft-qaz sektorunda enerji təhlükəsizliyi sahəsində əldə edilmiş nailiyyətlər ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Valyuta ehtiyatlarımız artır və hazırda onun səviyyəsi təqribən 35 milyard dollara çatıb. İqtisadiyyatımız artır və son 7 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Büdcə xərcləri 2003-cü ildə 1,2 milyard dollar idi, 2011-ci ildə bu rəqəm 20 milyard dollara çatıb”.
İlham Əliyev vurğulayıb ki, ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. “Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” dayanır. Ona görə bu gün bu sərgi və konfransın açılışında 1994-cü ildə bizə inanan, Azərbaycanın gələcəyinə inanan xarici neft şirkətlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, son illər ərzində ARDNŞ ilə xarici tərəfdaşlar arasında çox işgüzar münasibətlər qurulub”.
“Bu münasibətlərin çox gözəl gələcəyi var. Çünki “Cənub” qaz dəhlizinin uğurlu icrası da bizim üçün yalnız növbəti mərhələ olacaq. Bizim planlarımız çoxdur, biz gələcəyə ümidlərlə baxırıq və əldə edilmiş uğurlar bu ümidləri daha da gücləndirir”, - deyə prezident vurğulayıb.
Xəbər Lenti
AP 2027-ci ildən sonra Ukrayna üçün yeni kreditlə bağlı müzakirələr aparır
Pakistan Əfqanıstanla sərhəddə 29 silahlını zərərsizləşdirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a aid yeraltı anbarı məhv edib
KİV: Tətillərə baxmayaraq, İran-ABŞ texniki danışıqları davam edir
“Axios”: ABŞ və İran qarşılıqlı atəşkəs barədə razılığa gəlib
DÇ-2026: Kanada 1/8 finala çıxıb
Putin: Ankoricdə həqiqətən də heç bir razılaşma əldə olunmamışdı
Putin: Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələri şübhəsiz ki, problemlər yaradır
ABŞ rəsmisi: İranla danışıqlar texniki səviyyədə davam edir
FHN Bazardüzü zirvəsi istiqamətində xəsarət alan alpinisti xilas edib - VİDEO
Putin Zelenskinin Belarusa qarşı təhdidlərini Lukaşenko ilə ətraflı müzakirə etmədiyini deyib
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib