Bank Of Baku

Azərbaycan Yunanıstanın «DEPA» şirkətində iştirak payı almaq üçün qiymətləndirmə aparacaq

Azərbaycan Yunanıstanın «DEPA» şirkətində iştirak payı almaq üçün qiymətləndirmə aparacaq
# 08 iyun 2011 07:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın «DEPA» şirkətində iştirak payı alması ilə bağlı qərar yunan şirkətinin vəziyyəti araşdırılandan sonra verilə bilər. «APA-Economics»in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu qərar müəyyən mənada Azərbaycan qazının Avropaya hansı marşrutla nəqlindən asılı olacaq: «Biz indi qazın tranzit yolunu seçirik. Əgər biz hansısa yolu seçiriksə, həmin yolda olan bəzi şirkətlərə baxa, araşdırmalar apara bilərik».

Bununla belə, R.Abdullayev «DEPA» şirkətində payın alınması ilə bağlı qərarın bütünlüklə tranzit yolundan asılı olmayacağını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR