Bank Of Baku

ARDNŞ prezidenti Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

ARDNŞ prezidenti Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib
# 08 iyun 2011 07:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2011” XVIII Beynəlxalq sərgi-konfransı çərçivəsində Bakıda səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə görüşüb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin, xüsusən enerji sahəsində əməldaşlığın yüksələn xətlə inkişaf etməsindən məmnun olduğunu bildirib.

Yeni neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın iri neft-qaz istehsalçısına çevrildiyini deyən ARDNŞ prezidenti ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçılardan biri olduğunu qeyd edib. Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin uğurla davam etdiyini deyən R.Abdullayev hasil edilən böyük həcmdə təbii qazın ixrac edilməsi üçün təklif edilən bütün layihələrin, o cümlədən Avropa Birliyinin böyük dəstək verdiyi “Nabucco” və “TAP” layihələrinin də diqqətlə nəzərdən keçirildiyini bildirib.

Avropa İttifaqının Azərbaycana enerji təhlükəsizliyi məsələsi kontekstində etibarlı tərəfdaş kimi yanaşdığını deyən Aİ-nin enerji məsələləri üzrə komissarı bu münasibətlərin hər iki tərəf üçün faydalı olduğunu bildirib. Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığının, o cümlədən “Cənub Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsində tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edən G.Ottinger Aİ-nin bu məqsədlə səylərini artıracağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR