Bank Of Baku

Günter Ottinger: «Cənub Dəhlizinin açılması üçün Avropa İttifaqı şirkətlərə yardım göstərəcək»

Günter Ottinger: «Cənub Dəhlizinin açılması üçün Avropa İttifaqı şirkətlərə yardım göstərəcək»
# 08 iyun 2011 07:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) çıxış edən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger bildirib.

Nüvə plantasiyalarını bağlamaq qərarına gələn ölkələrdən danışan G.Ottinger qeyd edib ki, AES-lər bağlanandan sonra qaz enerji sahəsində xammal kimi daha vacib rol oynayacaq: «Avropa hazırda Norveç, Rusiya və Əlcəzairdən qaz alır. Tələbat artır və bu səbəbdən Avropa başqa regionlardan qaz idxalı ilə bağlı perspektivləri araşdırır. Azərbaycan bu istiqamətdə həm təchizatçı, həm də tranzit ölkə kimi çıxış edə bilər».

«Nabucco» qaz kəmərinin inşasının Avropanı Xəzərlə bağlayan layihə olduğunu bildirən G.Ottinger Cənub Dəhlizinin açılması üçün Avropa İttifaqının şirkətlərə yardım göstərəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR