Bank Of Baku

ARDNŞ prezidenti Gürcüstanın energetika və təbii sərvətlər naziri ilə görüşüb

ARDNŞ prezidenti Gürcüstanın energetika və təbii sərvətlər naziri ilə görüşüb
# 08 iyun 2011 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev XVIII Beynəlxalq “Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası - 2011” sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Gürcüstanın energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquri ilə görüş keçirib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli siyasi, iqtisadi və elmi-mədəni münasibətlərin qurulduğunu, bu əməkdaşlığın inkişafına dövlət başçıları səviyyəsində diqqət göstərildiyini xüsusi qeyd edib.

O, Azərbaycan neft-qaz sənayesinin son illərdə qazandığı uğurlardan danışaraq, ölkədə həyata keçirilən regional enerji layihələri haqda qonağa məlumat verib. Son illər ölkənin neft-qaz, neft emalı və neft-kimya sənayesində əldə edilən nailiyyətlərdən ətraflı bəhs edən R.Abdullayev bu uğurlarda ARDNŞ-ın mühüm paya malik olduğunu nəzərə çatdırıb.

ARDNŞ-ın son illər Gürcüstan enerji bazarına inamla daxil olduğunu bildirən A.Xetaquri şirkətin bu ölkədə 70-dən artıq yanacaqdoldurma məntəqəsinə sahib olduğunu vurğulayaraq, bunu ölkələrimiz arasında qurulan sıx tərəfdaşlıq münasibətlərinin əyani təcəssümü kimi qiymətləndirib. O, həmçinin ARDNŞ-a məxsus Kulevi Neft Terminalının Gürcüstanın iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. Nazir bildirib ki, ARDNŞ Gürcüstanın qaz bazarında da aktiv fəaliyyət göstərir. O, öz ölkəsinin neft-qaz sənayesi sahəsində Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib.

R.Abdullayev ARDNŞ-ın Gürcüstandakı investisiya layihələrinin gələcəkdə daha da genişlənəcəyini qeyd edib, dövlətlərarası enerji əməkdaşlığının bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Görüşdə mayeləşdirilmiş Azərbaycan qazının Gürcüstan üzərindən Rumıniyaya nəqlini nəzərdə tutan AGRI layihəsi üzrə görülən işlər haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR