Bank Of Baku

Azərbaycan və İran birbaşa qaz ixracına dair danışıqları yekunlaşdırır

Azərbaycan və İran birbaşa qaz ixracına dair danışıqları yekunlaşdırır
# 08 iyun 2011 09:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qaz İxracı İdarəsinin rəisi Kamal Abbasov bildirib.

K.Abbasov qeyd edib ki, hazırda Azərbaycandan İrana qaz ixracı svop əməliyyatlar şəklində həyata keçirilir. İran isə öz növbəsində eyni həcmdə qazı Azərbaycanın Naxçıvan Muxtar Respublikasına göndərir.

«Azərbaycan hazırda İranla bu ölkəyə birbaşa qaz ixracına dair danışıqlar aparır ki, yaxın vaxtlarda danışıqlar yekunlaşacaq. İlkin mərhələdə Azərbaycan İrana 1 mlrd. kubmetr qaz ixrac edəcək. Daha sonra bu həcm 5 mlrd. kubmetrədək artırılacaq», - deyə ARDNŞ idarə rəisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR