Bank Of Baku

Lars Troen Sörensen: «Cənub Dəhlizinin açılması Azərbaycanın etibarlı təchizatçı olduğunu göstərəcək»

Lars Troen Sörensen: «Cənub Dəhlizinin açılması Azərbaycanın etibarlı təchizatçı olduğunu göstərəcək»
# 08 iyun 2011 10:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) çıxış edən «Statoil Azerbaijan» şirkətinin prezidenti Lars Troen Sörensen bildirib.

Şirkət rəhbəri qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Avropanın enerji məhsulları, əsasən də qaza tələbatının artdığını bildirən L.T.Sörensen bildirib ki, qaza olan tələbat ilbəil 6-8% artacaq, növbəti illər ərzində isə hətta 20-25% artacağı gözlənilir.

«Qaz bazarı qlobal səviyyədə artmaqdadır və bu sahədə hasilatın həcmi çox vacibdir. Qazın qiyməti isə enerji tələbatının artmasından asılıdır və bu səbəbdən qaza olan qiymət artacaq. Ümumiyyətlə, qaz ehtiyatlarına çıxış getdikcə yaxşılaşır. Eyni zamanda, qazın istifadəsi atmosferə atılan tullantıların həcmini azaldır», - deyə «Statoil» rəsmisi qeyd edib.

Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarının olduğunu vurğulayan L.T.Sörensen bildirib ki, yaxın 10 ildə bu bölgə Avropanın qazla təchizatında mühüm rol oynayacaq. Bu baxımdan şirkət prezidenti «Şahdəniz-2» layihəsinin Avropanın qaz təchizatındakı roluna xüsusi önəm verildiyini qeyd edib: «Cənub Dəhlizinin açılması Azərbaycanın kifayət qədər etibarlı təchizatçı ölkə olduğunu göstərəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR