Bank Of Baku

Xəzərdəki «Şəfəq-Asiman» yataqlar blokunda bu il tədqiqatlara başlanacaq

Xəzərdəki «Şəfəq-Asiman» yataqlar blokunda bu il tədqiqatlara başlanacaq
# 08 iyun 2011 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən «Şəfəq-Asiman» perspektiv strukturunda birgə axtarış işləri aparacaq. «APA-Economics»in məlumatına görə, bunu «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

«Artıq bu il ərzində «Şəfəq-Asiman» layihəsi çərçivəsində tədqiqatlara başlanacağı gözlənilir», - deyə R.Cavanşir qeyd edib.

Xatırladaq ki, «Şəfəq-Asiman» strukturunun işlənməsi ilə bağlı beynəlxalq saziş Azərbaycan prezidentinin 2010-cu il 7 sentyabr tarixli sərəncamı ilə təsdiq olunub. Layihənin iştirakçıları olan ARDNŞ və «BP Exploration Operating Company Ltd.»in müqavilədə payları 50% təşkil edir.

Qeyd edək ki, «Şəfəq-Asiman» bloku Bakıdan təxminən 125 km cənub-şərqdə yerləşir və təxminən 1100 kv. km ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir, kollektorun dərinliyi isə təxminən 7000 metrdir.

Azərbaycan parlamenti 2011-ci il mayın 6-da bu sazişi ratifikasiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR