Bank Of Baku

«Şahdənizin» layihəsi çərçivəsində qaz hasilatı 25 mlrd. kubmetrə çatdırılacaq

«Şahdənizin» layihəsi çərçivəsində qaz hasilatı 25 mlrd. kubmetrə çatdırılacaq
# 08 iyun 2011 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerlşən «Şahdənizin» perspektiv strukturunun tammiqyaslı işlənməsi layihəsinin icrasına 20 mlrd. ABŞ dolları həcmində sərmayə yönəldiləcək. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) çıxış edən «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

«Şahdəniz» layihəsi çərçivəsində görüləcək işlərdən danışan R.Cavanşir qeyd edib ki, layihənin vaxtında icra olunması üçün bu işlər tam uyğunlaşdırılmalıdır: «Burada iki yeni platforma tikiləndən 2 il sonra hasilat maksimuma çatdırılacaq, ildə əlavə 16 mlrd. kubmetr qaz hasil olunacaq».

«Şahdəniz» layihəsinin Avropa bazarlarını hədəf götürdüyünü bildirən R.Cavanşir qeyd edib ki, layihə çərçivəsində hazırda ildə 9 mlrd. kubmetr qaz hasil olunur və hasilat yalnız bir platformadan aparılır.

Bununla yanaşı «BP-Azerbaijan»ın başçısı şirkətinin Azərbaycanda fəaliyyətindən danışıb, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, «Şahdəniz», Bakı-Supsa və s. layihələr çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

«Azəri, Çıra, Günəşli» yataqlar blokunda indiyədək 1,8 mlrd. barel neft çıxarılıb və 23 mlrd. kubmetr səmt qazı əldə olunub. Bakı-Supsa boru kəməri ilə isə indiyədək 500 tanker yüklənərək yola salınıb. Səngəçal terminalında 3 mln. barel neft saxlanıla bilir» », - deyə R.Cavanşir bildirib.

Qeyd edək ki, konfrans iyunun 7-10-da Bakıda keçirilən «Caspian Oil&Gas» beynəlxalq sərgi çərçivəsində təşkil olunub. Hər iki tədbirin əsas təşkilatçısı rolunda «Iteca Caspian» şirkəti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR