Bank Of Baku

«Qaradağ Sement»in səhmdarlarının toplantısı keçirilib

«Qaradağ Sement»in səhmdarlarının toplantısı keçirilib
# 08 iyun 2011 11:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda «Qaradağ Sement» ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçirilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yığıncaq iştirakçıları gündəlikdə olan bir sıra məsələləri müzakirə edib və müvafiq qərarlar qəbul olunub.

Gündəmdə olan məsələlər sırasında səhmdarların illik ümumi yığıncağının gündəliyinin təsdiqlənməsi, baş direktorun ASC-nin 2010-cu ilin illik fəaliyyətinə dair hesabatının təsdiqlənməsi, şirkətin 2010-cu il üzrə gəlir və xərclər və Təftiş Komissiyasının hesabatlarının təsdiqlənməsi, «Qaradağ Sement»in Müşahidə Şurasının üzvlüyündə Tim Zurun Kamran Abbasovla əvəz olunması, şirkətin nizamnaməsinə təklif olunan dəyişikliklərin təsdiq edilməsi, 2010-cu maliyyə ili üzrə mənfəətin bölgüsünə dair qərarın təsdiqlənməsi olub.

Gündəliyə çıxarılan məsələlər səs çoxluğu ilə təsdiq olunub və qəbul edilib.

Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin nizamnamə fondunun 66%-i «Holcim Ltd.» şirkətinə, 10%-i Azərbaycan İnvestisiya Şirkətinə, 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 3,6%-i «Holcim Auslandbeteiligungs GmbH.» şirkətinə, 0,4%-i «Azerinvest Company» MMC-yə, 10%-i isə fiziki şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR