Bank Of Baku

ARDNŞ-nin idarə rəisi: “Türkiyə və Azərbaycan qaz nəqli ilə bağlı hüquqi məsələlərdə hələlik razılığa gələ bilmir”

ARDNŞ-nin idarə rəisi: “Türkiyə və Azərbaycan qaz nəqli ilə bağlı hüquqi məsələlərdə hələlik razılığa gələ bilmir”
# 08 iyun 2011 12:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Türkiyə ilə Azərbaycan arasında qaz nəqli ilə bağlı razılaşmanın əldə edilməsinin ləngiməsinin səbəbi tərəflərin hüquqi məsələlərdə hələlik razılığa gələ bilməməsidir. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İnvestisiya İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Danışıqların təfərrüatlarını açıqlamayan V.Əliyev deyib ki, tərəflər arasında iqtisadi məsələlər, o cümlədən tranzit tariflərlə bağlı problem yoxdur. Türkiyə tərəfinin danışıqlarla bağlı şərtlərinə gəlincə, V.Əliyev etiraf edib ki, danışıqlarda “Botaş” şirkəti qaz nəqli layihələrində paya malik olmaq istədiyini bildirib: “Onlar maraqlarını ifadə ediblər, amma konkret nə istədiklərini söyləməyiblər. Biz onlara bildirmişik ki, əgər onların marağı, təcrübələri və vəsaitləri olsa, biz bu istəyi dəyərləndirə bilərik”.

Qeyd edək ki, ötən gün Bakıda işə başlayan XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisində (“Caspian Oil & Gas”) açılış mərasimində etdiyi çıxışda prezident İlham Əliyev də Türkiyə ilə qaz tranziti barədə müqavilə üzərində danışıqların artıq bir ildir ki, aparıldığını və müqavilənin imzalanacağı təqdirdə «böyük Azərbaycan qazı üçün bütün maneələrin» aradan qaldırılacağını, bu müqavilənin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR