Bank Of Baku

Azərbaycan Avropaya qaz satışı marşrutları ilə bağlı təklifləri oktyabra qədər qəbul edəcək

Azərbaycan Avropaya qaz satışı marşrutları ilə bağlı təklifləri oktyabra qədər qəbul edəcək
# 08 iyun 2011 12:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan qazının Avropaya hansı marşrutla nəql olunmasından asılı olmayaraq, ARDNŞ bu layihənin səhmdarı olacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, hansı layihənin seçilməsindən asılı olmayaraq, ARDNŞ bu layihənin bir hissəsini alacaq: “Layihənin səhmdarı olmaq ARDNŞ-a onun idarə edilməsində iştirak etmək imkanı verəcək. Pay ona görə alınacaq ki, ARDNŞ nəqletmənin iştirakçısı olsun, daxili vəziyyəti bilsin və layihənin nəql siyasətinə təsir göstərmək imkanına malik olsun”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan Avropaya qaz satışı marşrutları ilə bağlı təklifləri oktyabrın 1-nə qədər qəbul edəcək. Marşrutun seçilməsi ilə bağlı son qərar isə oktyabr ayının, maksimum cari ilin sonuna qədər qəbul ediləcək.

Xatırladaq ki, Azərbaycan hazırda Avropadan 17 qaz alıcısı ilə danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR