Bank Of Baku

Rusiya səfiri: “Azərbaycandan Rusiyaya qaz ixracı 2011-ci ildə iki dəfə artırıla bilər”

Rusiya səfiri: “Azərbaycandan Rusiyaya qaz ixracı 2011-ci ildə iki dəfə artırıla bilər”
# 08 iyun 2011 13:08 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının nəqli Rusiya-Azərbaycan münasibətlərində unikal elementdir: “Gündəlik göstəricilər bu ilin sonunadək 2 mlrd. kubmetr qaz nəql olunacağını göstərir”.

Səfir Rusiyanın Azərbaycanın satacağı qədər qaz almağa hazır olduğunu vurğulayıb: “Bu baxımdan “Qazprom”un təklifi hələ də qüvvədədir. Əgər Azərbaycan daha böyük həcmdə qaz satmağa başlasa, biz onu alacağıq. Yox, əgər Azərbaycan öz qazını “Nabucco”ya və ya başqa yerə satmaq istəyirsə, buyursun. Bu məsələlərlə bağlı Azərbaycanla aramızda tam qarşılıqlı anlaşma var, hər hansı anlaşılmazlıq yoxdur. Biz Azərbaycanın fikrinə hörmətlə yanaşırıq və gələcəkdə də belə olacaq”.

İki ölkə arasındakı ticarət dövriyyəsini şərh edən V.Doroxin bildirib ki, 2009-cu ildə ticarət dövriyyəsi rekord həddə - 2,4 mlrd. dollara çatıb. 2010-cu ildə qlobal iqtisadi böhranla əlaqədar bu göstərici 1,8 mlrd. dollara enib, 2011-ci ildə isə proqnozlara əsasən, 2,7 mlrd. dollara çatacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR