Bank Of Baku

ARDNŞ Rumıniyada 15 yanacaqdoldurma məntəqəsini satın alıb

ARDNŞ Rumıniyada 15 yanacaqdoldurma məntəqəsini satın alıb
# 08 iyun 2011 13:53 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada 15 yanacaqdoldurma məntəqəsini satın alıb.

APA-Economics”in Rumıniya mətbuatına istinadən xəbərinə görə, alqı-satqının ümumi həcmi 2 mln. dollar təşkil edib.

Yanacaqdoldurma məntəqələrinin yerli “Romtranspetrol” şirkətinə aid olduğu, ARDNŞ-ın Rumıniyadakı yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafına daha 7 mln. dollar vəsait yatırmaq niyyətində olduğu bildirilir.

ARDNŞ rumıniyalı sahibkar İulian Bereskuya məxsus olan “Romtranspetrol” şirkətinin səhmlərinin 90%-ni satın alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR