Bank Of Baku

ABŞ-a Liviya üsyançılarının satdığı ilk neft partiyası daxil olub

ABŞ-a Liviya üsyançılarının satdığı ilk neft partiyası daxil olub
# 09 iyun 2011 08:08 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-a Liviya üsyançıları tərəfindən satılan ilk neft partiyası daxil olub. “APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, Liberiya bayrağı altında üzən “Ekvator” gəmisi nefti Havay adalarının limanlarından birinə çatdırıb.

Liviya üsyançıları və ABŞ-ın “Tesoro” neft emalı şirkəti arasında 1,2 mln. barel neftin satışına dair sövdələşmə mayın 25-də baş tutub.

ABŞ Maliyyə Nazirliyi Liviya üsyançıları ilə ticarətə aprelin 26-da icazə verib. Buna qədər isə Liviyada baş verən vətəndaş müharibəsi ilə əlaqədar iqtisadi sanksiyalar tətbiq olunub. Müəmmər Qəddafi rejimi ilə bağlılığı olan şirkətlərə qarşı sanksiyalar isə davam edir.

Qeyd edək ki, vətəndaş müharibəsi ilə nəticələnən inqilab başlayana qədər Liviya Yaxın Şərqdə əsas neft istehsalçılarından sayılıb. Müharibədən öncə sutkada 1,69 mln. barel neft istehsal ölkədə hazırda bu göstərici 390 min barel təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR