Bank Of Baku

Kyetil Tunqland: «TAP kəmərinin inşası layihəsi üzrə son qərarı «Şahdəniz» konsorsiumu verəcək»

Kyetil Tunqland: «TAP kəmərinin inşası layihəsi üzrə son qərarı «Şahdəniz» konsorsiumu verəcək»
# 09 iyun 2011 09:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) bu gün çıxış edən TAP layihəsinin baş icraçı direktoru Kyetil Tunqland (Kjetil Tungland) bildirib: «Biz onlara təkliflərimizi göndərəcəyik».

Onun sözlərinə görə, layihə çərçivəsində ilkin olaraq 10 mlrd. kumbetr həcmində qazın Avropaya çatdırılması planlaşdırılır ki, sonrakı mərhələdə nəqletmə 20 mlrd. kubmetrə çatdırılacaq.

«Lakin TAP-ın real imkanları 20 mlrd. kubmetrdən çoxdur. Layihə «Şahdəniz» layihəsi ilə tam uyğunlaşdırılıb. Kəmərin tikintisinə 2013-cü ildə, 2017-ci ildə isə artıq qazın nəqlinə başlanacağı gözlənilir», - deyən K.Tunqland hesab edir ki, 2011-ci il layihə üzrə qərarın verilməsi, layihə iştirakçılarının müəyyənləşdirilməsi baxımından mühüm il olacaq.

«Biz layihənin müsbət təsirini artırmaq, mənfi təsirini aradan qaldırmaq fikrindəyik. Kəmərin marşrut xətti 2011-ci ilin sonunadək müəyyənləşəcək, hazırda 16 marşruta baxılır. Qeyd edim ki, TAP qazın Avropa bazarlarına çatdırılması üçün ən qısa marşrutdur», - deyə icraçı direktor bildirib.

Qed edək ki, TAP kəmərinin Adriatik dənizinin dibi ilə (820 metr dərinliyində) çəkilməsi planlaşdırılır. Bu layihə ITGI (Türkiyə-Yunanıstan-İtaliya) və «Nabucco» layihələri ilə birlikdə Cənub Dəhlizinin tərkib hissəsidir və Avropanın enerji təhlükəsizliyinin təmin olunması və Rusiya qazından asılılığın azaldılması üçün nəzərdə tutulub.

Uzunluğu 520 km olacaq bu kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin üç səhmdarı var ki, bunlar EGL, «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR