Bank Of Baku

Azərbaycan qazının Avropaya nəqli marşrutlarının seçim amilləri açıqlanıb

Azərbaycan qazının Avropaya nəqli marşrutlarının seçim amilləri açıqlanıb
# 09 iyun 2011 10:05 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi-Konfransında (“Caspian Oil & Gas”) bildirib.

Onun sözlərinə görə, əsas amil təbii ki, layihənin qiymətidir. Bundan başqa, kommersiya faktorları kimi göstərilən amillər də mühüm rol oynayır - bunlar layihənin infrastrukturu, nəqliyyat imkanları və nəql tarifləridir.

V.Bəylərbəyov qeyd edib ki, marşrutun seçilməsi zamanı texniki məsələlər də xüsusi nəzərə alınacaq: «Söhbət layihənin vaxtında və nəzərdə tutulan büdcə çərçivəsində icra edilməsi imkanlarından gedir».

Eyni zamanda seçim zamanı mühəndislik və dizayn məsələləri də nəzərə alınacaq. Qazın nəqli ilə bağlı marşrutları seçilərkən təqdim olunan şərtlərin şəffaflığı da mühümdür: “Tranzit ölkələrdən isə biz bütün şərtlərini və normaların şəffaf olmasını gözləyirik. Bu, bütün ölkələrə və bütün layihələrə, o cümlədən “Nabucco”ya aiddir. Bu baxımdan “Nabucco”nun yanaşması bizə ona vəd etmək imkanı verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR