Bank Of Baku

Elio Rucceri: «ITGI qaz boru kəməri ilə TAP və «Nabucco» layihələri arasında rəqabət görmürük»

Elio Rucceri: «ITGI qaz boru kəməri ilə TAP və «Nabucco» layihələri arasında rəqabət görmürük»
# 09 iyun 2011 10:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) bu gün çıxış edən «Edison S.P.A.» şirkətinin Beynəlxalq Qaz İnfrastrukturu üzrə rəhbəri Elio Rucceri bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Avropanın əlavə qaz idxalına ehtiyacı olmayacaq: «Lakin bu o demək deyil ki, bizim Azərbaycan qazına ehtiyacımız yoxdur. Bu il ərzində marşrutun seçilməsi üzrə qərarın qəbul olunacağı gözlənilir. Biz qazı Gürcüstan ərazisi ilə nəql etmək niyyətində deyilik, nəqli Türkiyə və Yunanıstan ərazisi ilə təşkil etmək istəyirik».

E.Rucceri bildirib ki, TAP (Trans Adriatik Boru Kəməri) və ITGI layihələri bir-birinə rəqib deyil: «ITGI həmçinin «Nabucco»ya da pis təsir etməyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR