Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Qaz İxracatçısı Ölkələrin Forumunun baş katibi ilə görüşüb

Azərbaycanın sənaye və energetika naziri Qaz İxracatçısı Ölkələrin Forumunun baş katibi ilə görüşüb
# 09 iyun 2011 10:32 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Qaz İxracatçısı Ölkələrin Forumunun baş katibi Leonid Boxanovski ilə görüşüb.

APA-Economics”in xəbərinə görə, tərəflər qaz bazarının problemlərinin geniş spektrini əhatə edən məsələlər, eləcə də bu ilin noyabrında Dohada (Qətər) keçiriləcək Qaz İxracatçısı Ölkələrin Forumunun I Qaz Sammiti barədə müzakirələr aparıblar.

Leonid Boxanovski qeyd edib ki, sözügedən sammit baş tutarsa, dünya qaz bazarının inkişaf perspektivlərinin yüksək səviyyədə müzakirə olunduğu ilk yüksək səviyyəli beynəlxalq tədbir olacaq. Sammitin əsas məqsədi qaz ixracatçısı olan ölkələrin həmrəyliyini, qaz nəqlinin stabilliyini nümayiş etdirmək, qaz sahəsinə investisiyaların cəlb olunmasına təkan verməkdir.

Azərbaycanın regional qaz ixracatçısı kimi getdikcə artan əhəmiyyətini vurğulayan baş katib Forumun ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Öz növbəsində nazir Natiq Əliyev də Azərbaycanın Forumla əməkdaşlıqda maraqlı olduğunu və yaxın gələcəkdə ölkənin təşkilata mərhələli şəkildə daxil olma imkanlarının nəzərdən keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR