Bank Of Baku

Vitali Bəylərbəyov: «Azərbaycan qazı Fransaya da nəql oluna bilər»

Vitali Bəylərbəyov: «Azərbaycan qazı Fransaya da nəql oluna bilər»
# 09 iyun 2011 10:41 (UTC +04:00)
Bura həm «Şahdəniz-2» layihəsi, həm ölkədəki digər yataqlardan hasil olunan, həm də qonşu ölkələr – Türkmənistan və Qazaxıstandan tranzitlə göndərilən qaz aiddir. Bu tələbatı təmin etmək, eləcə də ölkənin qaz nəqli sistemini buna uyğunlaşdırmaq üçün 40 mlrd. dollar həcmində sərmayə qoyuluşu tələb olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, «Şahdəniz-2» layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanacaq: «Şahdəniz» layihəsinin ümumi dəyəri 40 mlrd. dollara yaxındır. Söhbət həm də nəqliyyat infrastrukturunun lazımi tələblərə uyğunlaşdırılmasından gedir. Ona görə də, bu layihəyə Avropanın diqqəti vacibdir».

V.Bəylərbəyov bildirib ki, bu gün Avropanın istehlak etdiyi enerjinin 70%-i regiona idxal olunur, 2013-cü ildə isə Avropanın istifadə edəcəyi qazın 85%-dək hissəsi xaricdən alınacaq və bu baxımdan Avropa bazarında həm Azərbaycan, həm də digər ölkələrin qazı üçün satış imkanları olacaq.

Azərbaycan qazının Avropaya nəqli imkanlarına toxunan ARDNŞ rəsmisi bildirib ki, qaz İtaliya və Yunanıstan daxil olmaqla Avropanın bir çox ölkələrinə, o cümlədən Fransaya çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR