Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak edib

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak edib
# 09 iyun 2011 12:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Amsterdamda (Hollandiya) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondundan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə Hökumət Komissiyasının sədri, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR