Bank Of Baku

Azərbaycan «Azərkabel» ASC-nin özəlləşdirilməsini yekunlaşdırıb

Azərbaycan «Azərkabel» ASC-nin özəlləşdirilməsini yekunlaşdırıb
# 09 iyun 2011 12:22 (UTC +04:00)
Komitədən «APA-Economics»ə verilən məlumata görə, səsvermənin nəticələrinə uyğun olaraq, «Azkabel» MMC «Azərkabel» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan olunub.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Müsabiqə iştirakçılarının təqdim etdiyi investisiya təklifləri baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə yolu ilə qərar qəbul edib. Bu zaman müsabiqə şərtlərinə uyğun olaraq müəssisənin fəaliyyətinin genişləndirilməsi və gələcəkdə inkişaf etdirilməsi məqsədi ilə daha əsaslı investisiya proqramı və maksimum həcmdə investisiya yatırımı təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük verilib.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 300 min manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. Bununla yanaşı, müsabiqənin qalibi olan «Azkabel» MMC təqdim etdiyi investisiya proqramına əsasən səhmdar cəmiyyətinin inkişafına yönəlmiş işlərin həyata keçirilməsinə 1 il ərzində 400 min manat investisiya yönəldəcək. Nəzərdə tutulan investisiyalar müəssisədə rezin kabel istehsalı üçün yeni avadanlıqların alınıb quraşdırılması, köhnə avadanlıqların təmiri və bərpası, habelə istehsal sahəsinin təmirinə yönəldiləcək. Müəssisədə istehsal fəaliyyəti bərpa edildikdən sonra 10 çeşiddə müxtəlifölçülü KG tipli rezin kabellərin istehsalı təmin ediləcək. İnvestisiya proqramına əsasən, investisiya fəaliyyəti dövründə 20-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR