Bank Of Baku

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Ölkənin neft-qaz sektorundakı şirkətlərin fəaliyyətini müsbət qiymətləndiririk

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Ölkənin neft-qaz sektorundakı şirkətlərin fəaliyyətini müsbət qiymətləndiririk
# 09 iyun 2011 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ölkənin neft-qaz sektorunda təmsil olunmuş şirkətlərin fəaliyyətini müsbət qiymətləndirir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) bu gün çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.

Nazir müavini qeyd edib ki, XIX əsrin sonu-XX əsrin əvvəlində neft hasilatı zamanı yaranan ekoloji problemlər müasir Azərbaycana miras qalıb: «Hazırda bu problemləri aradan qaldırmaq üçün müxtəlif işlər görülür. Belə ki, Xəzərin və neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində işlər aparılır. Buna misal olaraq Abşeronda neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsini gətirmək olar. Yarımadada təmizləyici qurğular modernləşdirilir, yeniləri qurulur, yaşıllaşdırma işləri aparılır».

N.Quliyev onu da bildirib ki, neftin dağılmasının qarşısının alınması istiqamətində xüsusi plan hazırlanıb. Bununla yanaşı nazir müavini alternativ enerji sahəsində ölkədə görülən işlərdən konfrans iştirakçılarına məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, neft-qaz obyektlərinin yaşayış məntəqələrindən uzaqlaşdırılması, köhnə qurğuların ləğv edilməsi, onların modernləşdirilməsi və yeniləri ilə əvəz olunması, tullantıların azaldılması və ya ümumiyyətlə qarşısının alınması məsələri Azərbaycan hökuməti üçün aktual məsələlərdəndir və bunların həllinə xüsusi diqqət yetirilir.

Qeyd edək ki, konfrans «Caspian Oil&Gas» beynəlxalq sərgi (7-10 iyun) çərçivəsində keçirilir. Dünən işə başlayan konfrans bu gün işini tamamlayır. Hər iki tədbirin əsas təşkilatçısı rolunda «Iteca Caspian» şirkəti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR