Bank Of Baku

Son 1 həftədə Azərbaycan nefti 3,5% bahalaşıb

Son 1 həftədə Azərbaycan nefti 3,5% bahalaşıb
# 10 iyun 2011 08:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti son bir həftədə 3,5% bahalaşıb. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən həftənin sonunda - iyunun 3-də London birjasında keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 119,00 dollara satılıb. Bundan sonra, iyunun 6-da neftin qiyməti 119,11 dollar, iyunun 7-də 119,89 dollar, iyunun 8-də 121,93 dollar, iyunun 9-da isə 123,21 dollar təşkil edib. Nəticədə, son bir həftədə Azərbaycan nefti 4,21 dollar və ya 3,5% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR