Bank Of Baku

İraq təbii qazının “Nabucco” kəmərinə verilməsinə dair razılaşma əldə edilməsi gözlənilir

İraq təbii qazının “Nabucco” kəmərinə verilməsinə dair razılaşma əldə edilməsi gözlənilir
# 10 iyun 2011 09:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İlin sonuna qədər İraqdan “Nabucco” layihəsi üçün təbii qaz verilməsinə dair razılaşma əldə edilməsi planlaşdırılır. APA-nın xəbərinə görə, bunu Avstriyanın OMV şirkətinin beynəlxalq qaz-nəqliyyat layihələrinin rəhbəri Mixael Ulbrix deyib. O, İraqın şimalında istismarı asan olan qaz yataqlarının olduğunu söyləyib: “Bu yataqlar bazara coğrafi cəhətdən yaxındır. Ona görə də bu qazın Avropaya ixrac olunması ehtimalı böyükdür. Bunun üçün sadəcə olaraq siyasi razılaşmalar lazımdır və biz bu razılaşmaların əldə olunmasına yaxınıq. Bu il İraq qazına dair razılığın əldə olunacağını gözləyirik. İraqın potensialı böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR