Bank Of Baku

Mayda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 5,1% düşüb

Mayda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 5,1% düşüb
# 13 iyun 2011 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 5,1% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 6,3% ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,5% bahalaşıb.

May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 3,7%, içki istehsalı üzrə 1,7%, elektrik avadanlıqlarının istehsalı üzrə 0,9%, qida məhsullarının istehsalı, kağız və karton istehsalı üzrə 0,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2%, mebel istehsalı üzrə 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 8,5%, kimya sənayesi üzrə 4,3%, maşın və avadanlıqların istehsalı üzrə 1,9%, tikinti məmulatlarının istehsalı üzrə 1,2%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 0,9%, tütün məmulatlarının istehsalı üzrə 0,7%, metallurgiya sənayesi və poliqrafiya fəaliyyəti üzrə 0,4%, neft məhsullarının istehsalı və geyim istehsalı üzrə 0,1% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR