Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycan qazının Qərbə ixracı ilə bağlı danışıqlar oktyabrın 1-dək yekunlaşmalıdır»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Azərbaycan qazının Qərbə ixracı ilə bağlı danışıqlar oktyabrın 1-dək yekunlaşmalıdır»
# 13 iyun 2011 08:54 (UTC +04:00)
APA-nın məlumatına görə, müsahibədə ARDNŞ prezidenti şirkətin ölkə xaricindəki fəaliyyətinə əsas diqqət ayrıb. Türkiyə ilə təbii qaz alqı-satqısına dair sazişin bu ölkədə parlament seçkiləri tam başa çatandan sonra hər an imzalana biləcəyini deyən R.Abdullayev bu sənədin həm də böyük siyasi əhəmiyyət daşıdığını qeyd edib: «Bu günə kimi Türkiyə öz ərazisi ilə heç zaman qaz nəql etməyib və indi bunun üçün ciddi siyasi və iqtisadi iradə tələb olunur».

Azərbaycanın Yunanıstana birbaşa qaz ixrac etməyə hazır olduğunu deyən R.Abdullayev bunun üçün Yunanıstan, Türkiyə və Azərbaycan arasında bir sıra sazişlərin imzalanmasının zəruri olduğunu bildirib.

Öz açıqlamasında ARDNŞ prezidenti qərb istiqamətində qaz nəql edəcək «Nabucco», TAP və ITGI kimi bütün layihələrin nəzərdən keçirildiyini və son qərarın təklif ediləcək tariflərdən asılı olacağını vurğulayıb. R.Abdullayev habelə xatırladıb ki, bu istiqamətdə danışıqlar cari ilin oktyabrın 1-nə kimi yekunlaşmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR