Bank Of Baku

Ekspertlər: OPEC dünya neft bazarına təsir etmək imkanlarını itirib

Ekspertlər: OPEC dünya neft bazarına təsir etmək imkanlarını itirib
# 13 iyun 2011 08:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Neft ixracatçısı olan ölkələrin təşkilatı - OPEC dünyanın neft bazarına təsir etmək imkanlarını itirib. «APA-Economics»in məlumatına görə, təşkilatın ötən həftə keçirilən uğursuz toplantısından sonra ekspertlər bu qənaətə gəliblər.

İclasda son 20 ildə ilk dəfə olaraq OPEC üzvləri neft hasilatı kvotaları barədə razılığa gələ bilməyiblər. Halbuki toplantıda gündəlik neft hasilatının 1,5 mln. barel artırılması (indi kvota 24,85 mln. bareldir) gözlənilirdi. Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ kvotanın artırılmasını istəsələr də İran, İraq və Venesuela bunun əleyhinə çıxıb.

Səudiyyə Ərəbistanının neft naziri Əli Nəimi bu iclası «indiyədək keçirilən ən pis görüş» adlandırıb. Görüşdə əsas fikir ayrılıqları Səudiyyə Ərəbistanı ilə İran arasında olub. Nümayəndələrdən biri isə bildirib ki, OPEC üzvlərinin kvota məsələsində razılığa gələ bilməməsi faktiki olaraq OPEC-in iş qaydalarının pozulması və kvota sisteminin sonu deməkdir.

Ekspertlər istisna etmirlər ki, indi təşkilatın üzvləri vəziyyətdən istifadə edərək faktiki olaraq neft hasilatlarını birtərəfli qaydada dəyişə bilərlər.

Qeyd edək ki, neft kvotasının artırılması planı Liviyada baş verən hadisələrlə əlaqədar ortaya çıxıb. İndi isə ekspertlər bazarda neftin bahalaşacağını gözləyirlər. “Baş verənlərdən sonra OPEC-in bazardakı neft qıtlığını aradan qaldıra biləcəyi şübhə doğurur. Buna görə də biz çox güman ki, neftin bundan sonra da bahalaşacağını görəcəyik” - deyə “National Australia Bank Ltd”-nin eksperti Ben Vestmor bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR