Bank Of Baku

ARDNŞ və Dünya Bankı Bakıda birgə konfrans keçirəcək

ARDNŞ və Dünya Bankı Bakıda birgə konfrans keçirəcək
# 13 iyun 2011 15:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dünya Bankının aparıcı rol oynadığı Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq (GGFR) və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin iyun ayının 17-də Bakıda səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə regional forum təşkil edəcək.

Dünya Bankının Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Nazirlər Kabinetinin, ARDNŞ-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “BP Azərbaycan” şirkətinin, Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistanın hökumət qurumlarının və neft şirkətlərinin, həmçinin “ENİ”, “Statoil” şirkətlərinin, Norveç Neft Direktoratının, Kanadanın Alberta əyalətinin hökumətinin və “Questor Technology” şirkətinin nümayəndələri iştirak edəcəklər.

Dünya Bankının məlumatına əsasən, hazırda beynəlxalq birliyin iqlim dəyişikliyi ilə bağlı məsələlər üzrə müzakirələr apardığını nəzərə alaraq təbii qazın havaya buraxılması və ya yandırılmasının azaldılması mövzusu daha da aktuallaşır. Bu isə neft hasil edən ölkələr və şirkətlər tərəfindən enerji effektivliyi və iqlim dəyişikliyinin qarşısının alınmasına potensial töhfə ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR