Bank Of Baku

Bakı Neft Emalı Zavodunda yanğın olub, iki nəfər xəsarət alıb

Bakı Neft Emalı Zavodunda yanğın olub, iki nəfər xəsarət alıb
# 14 iyun 2011 09:53 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

«Yanğın havaların isti keçməsi səbəbindən baş verib. Belə ki, müəssisənin 2 saylı sexinin 21 saylı qurğusunda (ELOU-AVT) aparılan təmir işləri zamanı yanğın olub. Qısa müddətdə ani alovlanma baş verib, lakin az sonra yanğın söndürülüb. Yanğın zamanı 2 nəfər xəsarət alıb, onlardan birinə yerində dərhal tibbi yardım göstərilib, digəri isə xəstəxanaya çatdırılıb və vəziyyəti orta ağır kimi qiymətləndirilir», - deyə ARDNŞ-dan bildirilib.

Şirkətdən əlavə ediblər ki, yanğın hadisəsi zavodun istehsalat prosesinə heç bir təsir göstərməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR