Bank Of Baku

“Foster Wheeler AG” şirkəti ARDNŞ-a birgə müəssisə yaratmağı təklif edir

“Foster Wheeler AG” şirkəti ARDNŞ-a birgə müəssisə yaratmağı təklif edir
# 14 iyun 2011 15:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyunun 14-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev layihələndirmə, tikinti və elektrik stansiyaları üçün avadanlıqların təchizatı sahələri üzrə dünyada tanınmış “Foster Wheeler AG” şirkətinin prezidenti və əməliyyat direktoru Umberto della Sala və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev indiyədək iki şirkət arasında mövcud olmuş əməkdaşlıq münasibətlərinin genişlənərək yeni layihələri də əhatə edəcəyinə ümid etdiyini bildirib. Umberto della Sala ARDNŞ-ın Türkiyədə inşa etdirməyə hazırlaşdığı Egey neft emalı zavodunun layihəsi üzrə əməkdaşlığın müsbət nəticələnəcəyinə əminliyini bildirib.

Azərbaycandakı layihələrdə də iştirak etmək niyyətini ifadə edən qonaq ARDNŞ ilə geniş profilli mühəndis xidmətləri göstərmək məqsədi daşıyan birgə müəssisənin yaradılması niyyətində olduqlarını bildirib. R.Abdullayev isə “Foster Wheeler”lə əməkdaşlığa hazır olduğunu və birgə müəssisə haqda təklifinin mütəxəssislər tərəfindən diqqətlə araşdırılacağını söyləyib. Onun sözlərinə görə, şirkətin tərkibində elmi-tədqiqat və layihələndirmə institutu var və hazırda əsas məqsədlərdən biri institutun dünya səviyyəli mərkəzə çevrilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR