Bank Of Baku

ARDNŞ və «BP-Azerbaijan» şirkətlərinin mütəxəssisləri Səngəçal terminalında ekoloji məsələləri müzakirə edib

ARDNŞ və «BP-Azerbaijan» şirkətlərinin mütəxəssisləri Səngəçal terminalında ekoloji məsələləri müzakirə edib
# 14 iyun 2011 15:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi bir qrup neftçi-ekoloq Səngəcal terminalında «BP-Azerbaijan» şirkətinin ekologiya üzrə aparıcı mütəxəssisləri ilə görüş keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən «BP-Azerbaijan» şirkətində hazırda məşəldə yandırılan səmt qazlarının və hasil edilən lay sularının idarə edilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı bildirilib ki, səmt qazlarının son illərdə məşəldə yandırılmasının azaldılmasına baxmayaraq, bu proses tam texniki həllini tapmayıb. Hər iki tərəfin mütəxəssisləri yandırılan qazın azaldılması istiqamətində problemlərin hələ də mövcud olduğu haqda ümumi fikrə gəlib və bu istiqamətdə növbəti tədbirlərin birgə hazırlanmasını qərara alıb.

Bundan başqa, «Azəri-Çiraq-Günəşli» və «Şahdəniz» yataqlarında hasil edilən lay sularının idarə edilməsi mütəxəssislərin marağına səbəb olub və gələcəkdə ARDNŞ-da da bu təcrübədən istifadə etmək istiqamətində fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR