Bank Of Baku

Azərbaycanın sənaye sektorunda geriləmə davam edir

Azərbaycanın sənaye sektorunda geriləmə davam edir
# 16 iyun 2011 08:40 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 75,2%-i mədənçıxarma bölməsində, 18,4%-i emal bölməsində, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

«Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,6% artıb, neft sektorunda isə 3,8% azalıb», - deyə Komitədən bildirilib.

Bundan başqa, yanvar-may aylarında emal bölməsində məhsul buraxılışı 7,3% artıb, o cümlədən qida məhsulları istehsalı 8,5%, içki istehsalı 27,9%, toxuculuq sənayesi məhsulları istehsalı 23,9%, geyim istehsalı 18,6%, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 18,3%, ağac emalı və ağacdan məmulatlar istehsalı 41,3%, kağız və karton istehsalı 45,2%, poliqrafiya fəaliyyəti 2,2%, neft məhsulları istehsalı 4,4%, kimya sənayesi məhsulları istehsalı 27,5%, rezin və plastmas məmulatların istehsalı 0,7%, metallurgiya sənayesi məhsulları istehsalı 66,7%, elektrik avadanlıqları istehsalı 63,9%, maşın və avadanlıqların istehsalı 21,5%, avtomobil və qoşquların istehsalı 56,7% artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 8,5% artıb, istehsal edilmiş 8,3 mlrd. kVt/saat elektrik enerjisi ötən ilki səviyyədən 6,2% yüksək olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı isə hesabat dövründə 9,5% artıb.

İyun ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 296,5 mln. manatlıq hazır məhsul olub və bu göstərici bir ay əvvəlki durumla müqayisədə 70,1 mln. manat və ya 23,6% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR