Bank Of Baku

Bu il OPEC ölkələrinin gəliri rekord həddə çata bilər

Bu il OPEC ölkələrinin gəliri rekord həddə çata bilər
# 16 iyun 2011 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ-ın hökumətinin proqnozuna görə, 2011-ci ildə Neft İxracatçısı Ölkələri Təşkilatına (OPEC) daxil olan dövlətlərin neft ixracından məcmu gəliri 1 trln. dollara çata bilər ki, bu da tarixi rekord səviyyədir.

APA-Economics”in k2kapital.com portalına istinadən məlumatına görə, sonuncu rekord gəlir 2008-ci ildə müşahidə olunub və 965 mlrd. dollar təşkil edib.

OPEC-in ötən həftə keçirilmiş iclasında Səudiyyə Ərəbistanının təşəbbüsü ilə neft hasilatı üzrə kvotaların artırılması məsələsi qaldırılıb, lakin digər ölkələrin əksəriyyəti bunun əleyhinə çıxdığından təklif qəbul olunmayıb.

Analitiklərin fikrincə, hazırda neftin ədalətli qiyməti 70-80 dollardır, halbuki indiki qiymət WTI markası üzrə 95 dollar, Brent markası üzrə isə 117 dollara bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR