Bank Of Baku

Qırğızıstan benzin və dizel yanacağının ölkədən çıxarılmasına qadağa qoyub

Qırğızıstan benzin və dizel yanacağının ölkədən çıxarılmasına qadağa qoyub
# 16 iyun 2011 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. Qırğızıstan hökuməti benzin və dizel yanacağının ölkədən çıxarılmasına müvəqqəti qadağa qoyub. “APA-Economics”in xəbərinə görə, hökumətin yaydığı rəsmi açıqlamada bildirilir ki, bunun səbəbi daxili bazarda yanacaq qıtlığının yaranmasının qarşısını almaqdır.

Qırğızıstan kiçik həcmdə neft və qaz ehtiyatlarına malik olduğundan, xammalı xaricdən, əsasən də Rusiyadan idxal etmək məcburiyyətindədir. Bu ilin əvvəlində Rusiya Qırğızıstana göndərilən neft məhsullarını ixrac rüsumundan azad edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR