Bank Of Baku

Azərbaycanda neft hasilatının azalması davam edir

Azərbaycanda neft hasilatının azalması davam edir
# 16 iyun 2011 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan neft hasilatını azaldıb, qaz hasilatını isə artırıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin ilk beş ayı ərzində ölkədə 20 mln. ton neft və 10,7 mlrd. kubmetr qaz hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 5,2% azalıb, qaz hasilatı isə 48,6% artıb.

«Neft hasilatının azalmasına baxmayaraq, cari ilin yanvar-may aylarında ölkədə neft məhsullarının istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 4,4% artıb», - deyə Komitədən bildirilib.

Ümumiyyətlə, hesabat dövründə Azərbaycanda mədənçıxarma bölməsində məhsul istehsalı ötən ilin beş ayının göstəricisi ilə müqayisədə 3,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR